
-
- 21-04-2025, 00:38
- 510
Ançelotti bu axşam qovula bilər
İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti bu gün istefaya göndərilə bilər.
Teleqraf "Relevo"ya istinadən xəbər verir ki, bu axşam "Real Madrid" İspaniya La Liqasında XXXII turun "Atletik Bilbao"ya qarşı ev oyununda qələbə qazanmasa, 66 yaşlı mütəxəssis postunu itirəcək.
"Kral klubu"nun daha əvvəl Ançelottiyə aprelin 27-də İspaniya Kubokunun "Barselona" ilə final matçına qədər şans verdiyi bildirilirdi.
Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən "Real Madrid"in baş məşqçisidir. Madrid təmsilçisi hazırda 66 xalla La Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Lider "Barselona"nın 73 xalı var.