Şəmkirdə 65 yaşlı kişini avtomobil vurub ÖLDÜRDÜ
    • 10-08-2019, 10:14
    • 1 364

Şəmkirdə 65 yaşlı kişini avtomobil vurub ÖLDÜRDÜ

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

hadisə rayonun Yeni Həyat kənd ərazisində qeydə alınıb. Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Rövşən Məzahir oğlu Məmmədov idarə etdiyi "VAZ-21013" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən, Şəmkir rayon Yeni Həyat kənd sakini, 1954-cu il təvəllüdlü Hüseyn İsaq oğlu Məmmədovu vurub. 

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. /report/