Həkimlər xəbərdarlıq etdi: - Bu meymunçiçəyindən daha təhlükəlidir

Həkimlər xəbərdarlıq etdi: - Bu meymunçiçəyindən daha təhlükəlidir Sağlamlıq

Türkiyədə ilk dəfə 2010-cu ildə ortaya çıxan və son epidemiyası 2019-cu ildə olan Qərbi Nil virusu Mərmərə bölgəsində yenidən ortaya çıxıb.

News24.az xəbər verir ki, məsələ ilə bağlı Türkiyə Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Dərnəyinin prezidenti Prof. Dr. Serap Şimşək Yavuz açıqlamalar verib.

QƏRBİ NİL VİRUSU NECƏ YOLUXUR?

Prof. Dr. Yavuz, Bursa və İstanbul kimi vilayətlərdən də yoluxmaların qeydə alındığına diqqət çəkərək xəstəliyin virus daşıyıcı quşlarla təmasda olan Culex ağcaqanadlarına, onlardan isə insanlara keçdiyini bildirib.

“Meymunçiçəyindən daha təhlükəlidir"

Qərbi Nil qızdırmasının hazırda meymun çiçəyi (mpox) virusundan daha böyük təhlükə olduğuna diqqət çəkən Yavuz, “Cəmiyyətdə M pox xəstəliyindən daha çox problem yaşayırıq. Bu virusun mühüm xüsusiyyəti odur ki, ümumiyyətlə asemptomatik olsa da, bəzi hallarda qızdırmalı xəstəliyə səbəb ola bilər. Digər qrupda mərkəzi sinir sistemi dediyimiz beyin və ya onurğa beynini təsir edə bilər. Bu da ölümcül ola bilər" dedi.

“YAŞLILAR ÜÇÜN RİSKLİDİR”

Xəstəliyin uşaqlar və böyüklər üçün böyük risk yaratmadığını izah edən ağcaqanadlara yoluxanların 80%-i heç bir əlamət göstərmədən xəstəliyi keçirə bilir. Yaşlılarda risk olduğunu vurğulayan Yavuz bu məlumatları verdi:

"Vətəndaşlar ağcaqanaddan qoruyucu spreylər, uzunqol paltarlar, ağcaqanad torları kimi tədbirlərlə fərdi olaraq qoruna bilər. Xüsusilə boş bağ evləri və ferma evləri, hətta küçədə qalan və suyu dəyişdirilməyən kiçik su qabları belə ağcaqanadların sürətlə çoxalması üçün ideal yerl yaradır".

Günel Məlikzadə