Cəlilabadda 18 yaşlı gəncin intihar səbəbi məlum oldu
    • 11-08-2018, 15:00
    • 1 502

Cəlilabadda 18 yaşlı gəncin intihar səbəbi məlum oldu

Cəlilabadda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.

 N.Mirzəyev bu il qəbul imtahanı zamanı II qrupa aid ixtisaslara qəbul olmaq üçün imtahan verib.

O, imtahandan sonra anasına 400-480 bal topladığını bildirib. Anası isə onun az bal topladığını deyərək oğlunu danlayıb. Dövlət İmtahan Mərkəzinin (DİM) abituriyentlərin topladığı balları açıqlayandan sonra N.Mirzəyevin 310 bal topladığı məlum olub. Bu zaman anası ilə oğlu arasında yenidən mübahisə yaranıb. Nəticədə N.Mirzəyev anasının tənqidlərindən bezərək avqustun 10-da axşam saatlarında tövlədə özünü asaraq intihar edib. 

//Report