Arvadına mesaj yollayan qohumunu - GÜLLƏLƏDİ

Arvadına mesaj yollayan qohumunu - GÜLLƏLƏDİ Hadisə

Türkiyədə E.Y. (25) adlı şəxs həyat yoldaşına mesaj yazan H.M.E ilə görüşüb.

News24.az xəbər verir ki, onların arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. E.Y. və dostları H.M.E-ni döyüb.

Mübahisə zamanı E.Y. qohumu olan H.M.E.-yə tapança ilə atəş açaraq çiynindən yaralayıb.

Qeyd edək ki, yaralı H.M.E. xəstəxanaya aparılıb və müalicə olunub. Şəxsin səhhətinin yaxşı olduğu, həyatı üçün təhlükə olmadığı öyrənilib.

Hadisə ilə əlaqədar 5 şübhəli polis qrupları tərəfindən nəzarətə alınıb.

Günel Məlikzadə