İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş etdi
    • 10-08-2019, 18:34
    • 1 307

İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş etdi

"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi "Buta Airways"in sərnişin təyyarəsi J2 9042 nömrəli İzmir-Bakı aviareysini yerinə yetirərkən Gəncə beynəlxalq hava limanında məcburi eniş edib. 
Aviaşirkətdən News24.az -a daxil olan məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi (təzyiqinin qalxması) olub. Buna görə də, hava gəmisinin kapitanı məcburi eniş etməyə qərar verib. Avialayner Bakı vaxtı ilə saat 13:42-də Gəncədə uğurlu eniş edib. Sərnişinə təcili tibbi kömək göstərilib.
Göyərtəsində 102 sərnişin olan təyyarənin bu dəqiqələrdə uçuşu davam etdirəcəyi gözlənilir.