Xoşbəxt cütlüklərin ortaq - 5 xüsusiyyəti

Xoşbəxt cütlüklərin ortaq - 5 xüsusiyyəti Maraqlı

Seksoloq Monica Branni uzunömürlü və xoşbəxt münasibətlərin sirrini açıqlayıb. Viral TikTok videosunda Branni, elmi məlumatlara əsaslanaraq ən xoşbəxt cütlüklərin paylaşdığı beş əsas xüsusiyyəti sadalayıb.

Bəzi cütlüklər asanlıqla bir-birini anlayıb uzun illər birlikdə qala və sağlam münasibət qura bildiyi halda, digərləri niyə tez tükənir? 

News24.az xəbər verir ki, psixoloq və seksoloq Monica Branni bu sualın cavabını elmi baxımdan belə izah edib:

1. Fərdi Müstəqillik

Branni qeyd edir ki, xoşbəxt cütlüklər hər şeyi birlikdə etməli olduqları romantik mifdən uzaqdırlar. Sağlam münasibətin təməlində fərdi azadlıq dayanır. “Hər kəsin öz şəxsi inkişafına imkan verən sahələri, hobbiləri, sosial fəaliyyəti və öz çevrəsi olmalıdır,” – deyə izah edib.

2. Emosional Təhlükəsizlik və Aydın Ünsiyyət

Münasibətdə təhlükəsizlik və dürüst ünsiyyət xoşbəxt cütlüklər üçün vazkeçilməzdir. Branni bildirib ki, bu cütlüklərdə qeyri-müəyyənliyə yer yoxdur. Hisslərini incimədən ifadə etmək və qarşı tərəfdən qəbul olunmaq azadlığı ön plandadır.

3. Ortaq Dəyərlər və Həyat Məqsədləri

Xoşbəxt cütlüklər gələcəyə dair ortaq baxışa sahib olurlar. Branni vurğulayıb ki, qısa, orta və uzunmüddətli məqsədlərin uyğunluğu vacibdir. Həyat tərzi və dəyərlərin oxşarlığı gündəlik uyğunluğu birbaşa təsir edir.

4. Davamlı Sevgi Göstərişləri

Kiçik gündəlik jestlər, sevgi ifadələri və diqqətli davranışlar cütlüklərin bir-birini daha dəyərli hiss etməsinə səbəb olur və münasibəti gücləndirir.

5. Zamanla Formalaşan Aydın Sərhədlər

Branni üçün ən vacib xüsusiyyətlərdən biri də cütlüklərin aydın sərhədlərə sahib olması və bu sərhədləri zamanla yeniləməsidir. “Bu, münasibətin təkamülünü dəstəkləyir, tarazlığı və qarşılıqlı hörməti qoruyur,” – deyə əlavə edib.

Psixoloq Branni qeyd edib ki, hər bir insan, cütlük fərqlidir və zamanla birlikdə dəyişərək uyğunlaşır. Buna görə də, ümumi qaydaları izləməklə yanaşı, hər münasibətin özünəməxsus dinamikasını başa düşmək və nəyin işlədiyini müəyyənləşdirmək önəmlidir.


Məryəm İlhamqızı