Əli Mirəliyevin SON DURUMU İLƏ - BAĞLI AÇIQLAMA - ÖZƏL

Əli Mirəliyevin SON DURUMU İLƏ - BAĞLI AÇIQLAMA - ÖZƏL Şou

"Dünən həyətdə yıxılmışam, axşam məni xəstəxanaya aparıblar. Dedilər ki, guya sınıq var, əməliyyat olunmalıyam".

Bu sözləri News24.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. 

"Amma mən indi oturmuşam kresloda sizinlə söhbət edirəm. Onlar sınıb deyirlər, işlədiyim kanal isə məni travmatologiyaya yerləşdirməyi düşünür. Hər halda ölməmişəm, sağam",- deyə müğənni sözlərinə davam edib.

"Dərmanla yaşayıram. Həkimlər vaxt qoyub" sözlərinə isə Ə. Mirəliyev belə aydınlıq gətirib:

"Bu dərmanların sınıqla, yıxılmağımla əlaqəsi yoxdur. 2009-cu ildə keçirtdiyim insultla əlaqəli olaraq bu dərmanları qəbul edirəm. Onları atmasam yata bilmirəm".

Günel Məlikzadə