Kürdəxanıda obyekt - YANIR

Kürdəxanıda obyekt - YANIR Hadisə

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyekt yanır.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.