Natavanla Dado yenidən barışıb? - VİDEO

Natavanla Dado yenidən barışıb? - VİDEO Şou

 Müğənni Natavan Həbibi keçmiş həyat yoldaşı, reper Dado (Səid Əliyev) və övladı Zeydlə birgə alış-verişə yollanıb.

Bu haqda sənətçi instaqram səhifəsində video paylaşıb.

Görüntülər Şüvəlandakı marketlərin birində lentə alınıb.

Kadrlarda Natavanın oğlu ilə mahnı sədaları altında orada rəqs etməsi, aldığı məhsulları Dadonun paketlərə doldurması və Zeydin bunları müşahidə etməsi yer alıb.

Qeyd edək ki, Natavan və Dado boşansalar da, müsahibələrində övladlarına görə dost münasibətində olduqlarını bildirirlər.   (Olay)