Bu BOKT-un fəaliyyəti dayandırılır

Bu BOKT-un fəaliyyəti dayandırılır Gündəm

Azərbaycan Mərkəzi Bankı (AMB) "Premier Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib. 

News24.az bu barədə AMB-yə istinadən xəbər verir. 

Məlumata görə, lisenziya könüllü müraciət əsasında ləğv olunub. 

BOKT bu qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.