Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - VİDEO

Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - VİDEO Gündəm

Şəhid Daşqın Şəfiyevin qardaşı Orxan Şəfiyev şəhid Ayxan Musayevin bacısı ilə ailə qurub.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

Cütlük hər iki Vətən müharibəsi şəhidinin məzarını ziyarət edib.

Qeyd edək ki, Daşqın Şəfiyev 2020-ci il noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”,  “Laçının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.

Ayxan Musayev isə 2020-ci il noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib və 20 günə yaxın ağır koma vəziyyətində qalıb. O, noyabrın 28-də şəhidlik zirvəsinə ucalıb. Prezidentin sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.