Bu qidanı heç vaxt soyuducuda saxlamayın

Bu qidanı heç vaxt soyuducuda saxlamayın Sağlamlıq

Evlərdə ən çox istifadə edilən əsas qidalardan biri olan soğan, yanlış saxlama şərtlərinə görə daha tez xarab olur. 

News24.az xəbər verir ki, qida mütəxəssisi Melissa Alink The Mirror-a bildirib ki,  soğanı soyuducuda saxlamaq olar, lakin bu tövsiyə edilmir: 

"Çiy soğanı soyuducuda nəmliyi tez mənimsəyir, bu da onların daha tez yumuşalmasına səbəb olur".

Soğanlar soyuducu kimi soyuq mühitlərdə saxlandıqda içindəki nişasta sürətlə şəkərə çevrilir. Bu proses soğanın teksturasını pozur, onun selikli olmasına səbəb olur. Digər tərəfdən, yüksək temperaturda saxlanılan soğan cücərməyə meylli olur.

Melissa Alinkin sözlərinə görə, soğan üçün ideal saxlama mühiti qaranlıq, quru, yaxşı havalandırılan yerlərdir.

Günel Məlikzadə