Hər beş kişidən biri bu xəstəlikdən əziyyət çəkir

Hər beş kişidən biri bu xəstəlikdən əziyyət çəkir Sağlamlıq

Hər beş kişidən biri qidalanma pozuntusundan əziyyət çəkir.

Beynəlxalq alimlər qrupu Kanada ilə ABŞ-da gənc kişi və yeniyetmələrin (15-35 yaş arası) 21%-dən çoxunun qidalanma pozuntusunun meyarlarına cavab verdiyini müəyyən edib.

Araşdırma "Eating Behaviors" jurnalında dərc olunub.

1500-dən çox respondentin iştirak etdiyi sorğunun təhlili əsasında tədqiqatçılar müəyyən ediblər ki, ən çox rast gəlinən problem bulimiya (5,8%), ən az rastlanan isə anoreksiyadır (0,34%).

Daha yüksək bədən kütləsi indeksi pozuntunun daha kritik həddə olması ilə əlaqələndirilib.

"Kişilər, xüsusən də artıq çəkisi olanlar risk altındadırlar", - deyə araşdırmanın aparıcı müəllifi Kayl T. Ganson bildirib. (Publika.az)