Türkiyədə uçqun oldu: - Ölənlər var

Türkiyədə uçqun oldu: - Ölənlər var Hadisə

Ötən gecə Türkiyədə uçqun olub.

News24.az xəbər verir ki, Samsunda baş verən faciəvi hadisə ilə bağlı anbaan görüntülər yayılıb. Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralıdır.

Hadisə Canik rayonunun Toptepe mahalındakı yanacaqdoldurma məntəqəsində saat 23.20-də baş verib.

Dağdan qoparaq düşən daşlar yanacaqdoldurma məntəqəsinin avtomobil yuma hissəsinə düşüb. Bu zaman orada olan avtomobil dağıntılar altında qalıb.

Əraziyə çox sayda axtarış-xilasetmə və təcili tibbi yardım ekipajları göndərilib. Ana Çiğdem Kaya aparılan xilasetmə əməliyyatları nəticəsində yaralı olaraq xəstəxanaya aparılıb.

Hadisə nəticəsində ölənlər ata və iki övladıdır. Ana isə yaralı haldadır./Bizim.Media