Lənkəranda 24 yaşlı qadın itkin düşüb.
News24.az xəbər verir ki, rayonun Separadi kənd sakini, 1995-ci il təvəllüdlü Şəhanə Söhrab qızı Məmmədzadə yoxa çıxıb. 
Ş.Məmmədzadə iyul ayının 20-si səhər saat 10:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha evə qayıtmayıb. 
Şəkildəki qadını görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya 050-654-73-15 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur. 
Qeyd edək ki, Ş.Məmmədzadə ailəlidir və bir uşağı var./Oxu.az/

loading...

Fotolar

Teglər: Lənkəran bir uşaq anası itkin düşdü