Azərbaycanda dörd nəfər insan alverinə görə axtarışa verilib, üçü əcnəbidir -Siyahı
    • 13-08-2019, 19:03
    • 1 063

Azərbaycanda dörd nəfər insan alverinə görə axtarışa verilib, üçü əcnəbidir -Siyahı

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında 2019-cu ilin birinci yarısı üzrə insan alveri ilə bağlı cinayət əməllərinə görə axtarışa verilən şəxslərin siyahısı dərc olunub.
News24.az  xəbər verir ki, cari il bu cinayət əməlinə görə dörd nəfər axtarışa verilib.
Bunlar Türkiyə vətəndaşları - 1971-ci il təvəllüdlü Gursen Tarkan və 1992-ci il təvəllüdlü Solun Doğan, İran vətəndaşı, 1962-ci il təvəllüdlü Taheri Mahmoudi Mohsen, Azərbaycan vətəndaşı, 1957-ci il təvəllüdlü Ceyranlı Fərman Cahan oğludur. Onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi (144-1) ilə 2019-cu ildə axtarış elan olunub.
Fərman Ceyranlı və Taheri Mahmoudi Mohsen İnterpol vasitəsilə beynəlxalq axtarışdadır.