Bakıda 12 qızı kişilərə satan Natavanın ŞOK ƏMƏLLƏRİ – FOTO 
    • 3-01-2020, 11:53
    • 1 144

Bakıda 12 qızı kişilərə satan Natavanın ŞOK ƏMƏLLƏRİ – FOTO 

Bakıda insan alveri ilə məşğul olan daha bir nəfər cinayət məsuliyyətinə cəlb edilib.

News24.az-ın məlumatına görə, bir müddət əvvəl axtarışa verilmiş Kazımova Natavan İbrahim qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.5-ci, yəni, insan alveri - qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə maddəsi ilə iş açılıb.

Artıq iş üzrə ibtidai istintaq başa çatıb və cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Işə hakim İlham Mahmudovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, iş üzrə 12 qız zərərçəkən şəxs qismində tanınıb. Natavan Kazımova insan alveri cinayət əməllərinə görə daha əvvəl "İnterpol" xətti ilə axtarışa verilib. Belə ki, Tovuz rayon sakini, 1983-cü il təvəllüdlü Kazımova Natavan İbrahim qızının barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib.