"Real"ın əsas transfer hədəfi müəyyənləşdi
İdman
"Real" "Arsenal"ın müdafiəçisi Uilyam Salibanın transferində maraqlıdır.
News24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Madrid klubunun prezidenti Florentino Peres 24 yaşlı fransızı yay transfer pəncərəsində müdafiəni gücləndirmək üçün prioritet hədəflərdən biri hesab edir.
Saliba 2019-cu ildən "Arsenal"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 46 oyun keçirib və 2 qol vurub.
Müdafiəçinin "topçular"la müqaviləsi 2027-ci ilin yayında başa çatır. "Transfermarkt" onun bazar qiymətini 80 milyon avro olaraq qiymətləndirir.//publika.az