
-
- 30-04-2025, 13:40
- 131
“Papa olmaq istərdim” - Tramp
ABŞ Prezidenti Donald Tramp, yeni Papa-nın kim olacağı ilə bağlı verilən suala maraqlı bir cavab verib. Tramp bildirib: “Papa olmaq istərdim. Bu mənim bir nömrəli seçimim olardı. Nyu-Yorkda çox yaxşı bir kardinalımız var, görək nələr olacaq.”
News24.az xəbər verir ki, Tramp birbaşa ad çəkməsə də, sözügedən “yaxşı kardinal”ın Papa namizədləri arasında adı keçən ABŞ-li Kardinal Reymond Leo Börk olduğu düşünülür.
Tramp ilə Börk arasındakı yaxın münasibətlər daha əvvəl də ictimaiyyətin diqqətini cəlb edib.
Kardinal Börk 2016-cı ildə Trampı dəstəkləmiş və onun “xristian dəyərləri müdafiə edəcəyini və abortla mübarizə aparacağını” deyib. Tramp və Börk aborta qarşı olmaq, miqrantlara qarşı sərt mövqe tutmaq, ənənəvi ailə quruluşunu qorumaq və LGBT hüquqlarına məsafəli yanaşmaq kimi mövzularda ortaq fikirlərə sahibdirlər.
Məryəm İlhamqızı