Eyni taleyi yaşayan üç dost - FOTO
Hadisə
Xəbər verdiyimiz kimi, aprelin 28-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində "Azsamand" markalı avtomobil idarəetmədən çıxaraq idman zalına çırpılıb. Hadisə zamanı 2000-ci il təvəllüdlü Orxan Qurbanov aldığı xəsarətdən hadisə yerində ölüb.
News24.az "Unikal"a istinadla xəbər verir ki, qəzanın qurbanı olan Orxanın dostlarının sosial şəbəkədə paylaşdığı foto diqqət çəkib.
Belə ki, həmin fotodakı dostların hər üçü yol-nəqliyyat hadisəsinin qurbanı olublar. Onlardan Araz Kazımlı 2023-cü il oktyabrın 4-də idarə etdiyi "Mercedes"lə qəzaya düşərək həyatını itirib.
Əli Cəfərov isə 2024-cü ilin mart ayında Cəbrayılda ağır qəzada dünyasını dəyişib.