“Azərbaycan Dəmir Yolları” QSC Biləcəri stansiyasında baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, açıqlamada qeyd olunub ki, bu gün səhər saatlarında  Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə  növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Əli Məmmədzadə  dərhal  1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

loading...
Teglər: Biləcəri Stansiya Bədbaxt Hadisə Azərbaycan Dəmir Yolları