Qorxunc durum: çox nəhəngdir, YER KÜRƏSİNİ HƏR AN UDA BİLƏR
    • 14-08-2019, 15:32
    • 906

Qorxunc durum: çox nəhəngdir, YER KÜRƏSİNİ HƏR AN UDA BİLƏR

Cənubi Afrika Respublikasının elm adamları kəşf etdikləri nəhəng “qara dəliy”in gözlənilmədən Yer kürəsini udacağını iddia edib.

Elm adamı David Vithaus “qara dəliy”in Süd Yolu qalaktikasının mərkəzində yerləşdiyini açıqlayıb.

Yeni kəşf edilən “qara dəliy”in çox nəhəng olduğunu bildirən David Vinhaus bundan da böyük “qara dəlik”lərin mövcudluğunu istisna etməyib:
“Nəhayət, çox geniş bir zaman içində, xəyal edəcəyimizdən də uzaq bir gələcəkdə hər şeyin bir “qara dəlik” tərəfindən udularaq yox olacağını iddia edən bəzi nəzəriyyələr var”.

Kainatın bu cisimlər tərəfindən yox ediləcəyi iddiasını müdafiə edən elm adamı hazırda “qara dəlik”lərin Yer kürəsi üçün təhlükə olmadığını vurğulayıb.
O, bu günədək irəli sürülən nəzəriyyələrin əksinə olaraq, Günəş və Yer kürəsinin bir gün “qara dəliy”ə çevrilməyəcəyini bildirib./teleqraf.com/