-
- 14-08-2019, 19:11
- 1 635
Uşaqlar üçün süni qida məhsullarına nəzarət edəcək ORQAN MÜƏYYƏNLƏŞDİ
Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti həyata keçirəcək orqan müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin bu gün “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında imzaladığı fərmanda əksini tapıb.
Beləliklə, uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Yeyinti məhsulları haqqında” qanunla müəyyən edilmiş qaydada həyata keçiriləcək. /APA/