Bulvarda gəzişən ərəb turist qəfildən öldü
    • 15-08-2019, 00:00
    • 1 259

Bulvarda gəzişən ərəb turist qəfildən öldü

Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, ərəb turist "Kukla" teatrının yaxınlığında ürək tutmasından ölüb.
"Hadisə barədə çağırış 21.54-də daxil olub. Ölən şəxs 50-55 yaş aralığındadır", - deyə o bildirib.
P.Əbubəkirovun sözlərinə görə, turist həkimlər hadisə yerinə gəlməmişdən dünyasını dəyişib