-
- 4-07-2018, 15:29
- 1 285
Bağçalarda təlim-tərbiyə! Kimin daha çox ehtiyacı var? - VİDEO
Son zamanlar təlim-tərbiyə müəssiələrində olan xəbərlər heç də ürəkaçan deyil. Xəbərlərin pik nöqtəsində isə, özəl bağçaların birində tərbiyəçi tərəfdən körpəyə edilən şiddət idi. Bu hadisə, sosial şəbəkələrdə və mediada çox qınaq obyektinə çevrilsə də, növbəti analoji xəbər Gəncədən gəldi.
Belə halların yaşanmasının səbəbi nədir? Kökündə nə və yaxud kim dayanır?
Valideyinlərin güvənərək etibar etdiyi bu müəssələrdə işçini işə götürməzdən öncə nələrə diqqət edilməlidir sualına Super Kids Club və İnkişaf Mərkəzinin Drektoru Pərvanə İsmayılova belə cavab verdi:
“İşçini işə götürməzədən öncə, mütləq uzun müddət onunla sorğu-sual aparmaq lazımdır. Həm bir fərd kimi, həm də ailə durumu öyrənilməlidir. Anadır, yoxsa yox? Uşaqla münasibəti, ünsiyyəti olub? Bunlara önəm vermək lazımdır. Vacib şərt isə, tibbi sənədi, yəni sağlamlıq kağızı mütləq olmalıdır. İşçilər uşaqlarla ünsiyyətdədir və onların sağlamlıq kağızı vacib olan amillərdəndir. Bundan başqa onun psixaloji durumu da yoxlanılmalıdır.
Tərbiyəçinin psixoloji durumuna gəldikdə, psixoloq Təhminə Çələbi belə qeyd edib:
“Tərbiyəçi sırf uşaqlarla işləyən bir insandır. Uşağın ailədən sonra ən çox olduğu məkan bağçalardır. Məhz burda tərbiyəçinin psixoloji durumu çox-çox önəmlidir. Biz onu kənardan peşəkarcasına nələrisə görə bilərik, amma psixikasında nələr baş verir aqresiyasını nə qədər idarə etməyi bacarır, bunu təbii ki, psixoloji testlərlə öyrənmək olar. Mənim bildiyim qədəriylə təlim-tərbiyə müəssisələrinə tərbiyəçilər psixoloji testdən, ən azı psixoloqla söhbətdən keçərək götürülməldir. Çünki valideyinlər öz uşaqlarını bura etibar edir və bu ailədən sonra ikinci məkandır ki, insanın şəxsiyyətinin formalaşmasına biləvasitə təsir göstərir”.
Bundan başqa P. İsmayılovanın sözlərinə görə, “Uşağı da bağçaya götürməzdən öncə öyrənmək lazımdır. Valideynlə ünsiyyət qururuq. Bundan başqa övladıyla bağlı anket doldurmalıdır. Burda uşaq haqqında məlumat mütləq verilməlidir. Körpənin xarakteri, kaprizləri və yaxud nəyəsə qarşı allergiyası, başqa bir xəstəliyi varsa bunların hamısı qeyd olunmalıdır. Gələcəkdə biz o uşaqla işləyəcəyiksə onun haqqında bütün məlumatlardan xəbərdar olmalıyıq”- deyə vurğulayıb.
T. Çələbi : “Uşağın beyni ağ lövhədir, nə yazsaq elə də gedəcək. Valideynlər çox ehtiyatla ən yaxşı müəssələr seçirsə, ordakı tərbiyəçilər də bu standartlara cavab verməlidir”.
Sonda P. İsmayılova onu da qeyd edir ki, “Yalnız sırf əmək-haqqı üçün gələn işçi işini sevmir deməkdir. İşini sevməyən, uşaqları sevməyən işçiyə körpələri əmanət etmək olmaz!”
Hər bir ailəni möhkəmləndirən və gələcək ümidlərə sövq edən onların böyük sərvəti sayılan körpələridir. Gəlin bu sərvəti qoruyaq!
Müxbir: Elvin NüsrətoğluVideooperator: Nurlan Gülməmmədov