Ağstafada avtomobil yük maşını ilə toqquşdu Ölü və yaralı var
    • 15-08-2019, 00:22
    • 1 010

Ağstafada avtomobil yük maşını ilə toqquşdu Ölü və yaralı var

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobil ilə yük maşını toqquşub. Nəticədə 1985-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində dünyasını dəyişib, 34 yaşlı Orxan Qurbanov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.