Bu ərazilərdə qaz təchizatı DAYANDIRILDI
    • 15-08-2019, 10:19
    • 900

Bu ərazilərdə qaz təchizatı DAYANDIRILDI

Bu gün Bakının bəzi rayonlarında və Beyləqan rayonunda təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.

Bu barədə News24.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib
.
Bildirilir ki, orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində, həmçinin saat 14:00-dan etibarən Beyləqan rayonunun mərkəzində təbii qazın təchizatı dayandırılacaq.