Vüsalə Məmişova - VƏFAT ETDİ

Vüsalə Məmişova - VƏFAT ETDİ Hadisə

Sumqayıtda marketdə çalışan qadın iş yerində ölüb.

News24.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində yerləşən marketlərin birində qeydə alınıb.

1978-ci il təvəllüdlü Vüsalə Məmişovanın iş zamanı qəfildən halı pisləşib. O hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.