Bu telefonlar bahalaşacaq - – Yaxın aylarda…

Bu telefonlar bahalaşacaq - – Yaxın aylarda… Sosial

“Apple” şirkəti bu payızda buraxılması gözlənilən növbəti “iPhone 17” smartfonlarının qiymətlərini artırmağı düşünür.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşri məlumat yayıb.

“Şirkət son baş verən ABŞ və Çin arasındakı istənilən proseslərin təsirindən qaçmaq niyyətindədir”, – deyə bildirilib.

Lakin qurum sorğuya müsbət və ya mənfi cavab verməyib.

Qeyd edək ki, “iPhone 17” seriyasının premyerası 2025-ci ilin sentyabrında gözlənilir.

O vaxta qədər “Apple” smartfonların qiymətini qaldırmaq qərarını dəyişə bilər, çünki ABŞ və Çin ticarət müharibəsi ilə bağlı kompromislər axtarmağa başlayıblar.