Bakıda evə girən oğru istəyini əldə etməyib ev sahibini VƏHŞİCƏSİNƏ DÖYDÜ
    • 16-08-2019, 13:59
    • 686

Bakıda evə girən oğru istəyini əldə etməyib ev sahibini VƏHŞİCƏSİNƏ DÖYDÜ

Bakıda evə basqın edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibi (qadını) və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb edib, istədiyinə nail olmadığından onları döyüb hadisə yerini tərk edib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılıb.