Bakıda 4 evdən 26 min manatlıq OĞURLUQ EDİLDİ
    • 14-12-2019, 12:53
    • 1 759

Bakıda 4 evdən 26 min manatlıq OĞURLUQ EDİLDİ

Bakıda 4 evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 14.920 manat pul, 11.200 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R. Namazov saxlanılıb.