Azərbaycanın axtarışa verdiyi Kanada vətəndaşı - ƏLƏ KEÇDİ

Azərbaycanın axtarışa verdiyi Kanada vətəndaşı - ƏLƏ KEÇDİ Kriminal
Azərbaycanda axtarışda olan şəxs hava limanında tutulub.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Kanada vətəndaşı Cahangir Nəcəfov Tbilisi-Bakı təyyarə reysi ilə ölkəyə gələrkən Bakı aeroportunda saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /report/