Gəncə və ətraf rayonlara dolu yağır
Sosial
Gəncə şəhərinə və ətraf rayonlara leysan yağış yağıb, dolu düşüb.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, hazırda Gəncə şəhərində güclü küləklə müşahidə olunan yağış yağır.
Məlumata görə, Göygöl, Daşkəsən rayonlarının dağ kəndlərinə isə dolu düşüb.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir.