Polis idarəsinin rəisi müavini ilə birgə - TUTULDU

Polis idarəsinin rəisi müavini ilə birgə - TUTULDU Dünya

Rusiyada Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Miqrasiya İdarəsinin rəisi Aleksandr Melnikovu və onun müavini saxlanılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 286-cı  (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi açılıb. Əməliyyat Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilib. Saxlanılan polis rəislərinin hər biri vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Təqsirləndirilən şəxslərin yaşayış yerlərində axtarışlar aparılıb.