Xəbərdarlıq: Ya sülh, ya da İran məhv olacaq
Siyasət
ABŞ dövlət katibi Marko Rubio İranın nüvə silahına sahib olmaq ərəfəsində olduğunu deyib və Vaşinqtonun buna imkan verməyəcəyini bildirib.
News24.az teleqraf-a istinadla xəbər verir ki, Rubio “Fox News” telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampın başqa bir yol seçməkdən əvvəl İranla razılığa gəlməyi prioritet saydığını söyləyib.
Həmçinin o, Trampın İrana razılaşma təklifinin sonsuza qədər davam etməyəcəyini vurğulayıb.
“Ümid edirəm ki, İranın ali lideri Əli Xameneyi məhv olmaq yox, sülh yolunu seçəcək”, - Marko Rubio qeyd edib.