Tramp hədiyyəni bəyənmədi: - Həyəcanlanmadım

Tramp hədiyyəni bəyənmədi: - Həyəcanlanmadım Dünya

Səudiyyə Ərəbistanında 600 milyard dollarlıq, Qətərdə isə 1,2 trilyon dollarlıq iqtisadi əməkdaşlıq öhdəliyi alan Tramp Birləşmiş Ərəb Əmirliklərində enerji tərəfdaşlığı müqaviləsi imzalayıb. 

News24.az xəbər verir ki, müqavilənin sonunda Trampa simvolik olaraq dünyanın ən keyfiyyətli neftinin bir damcısı hədiyyə edilib.

Hədiyyə ona təqdim edildikdən sonra mətbuata üz tutan Tramp, "Bu, planetin ən keyfiyyətli neftidir və mənə yalnız bir damcı verdilər. Ona görə də həyəcanlı deyiləm" deyib.

Günel Məlikzadə