Makasin corablar zərərlidir! - __NEWL__

Makasin corablar zərərlidir! - __NEWL__ Sağlamlıq

Makasin corabları geyinmək ayaq sağlamlığınız üçün təhlükəlidir.

Dəbə çevrilmiş, idman ayaqqabılarından görünməyən “makasin” adlanan corabların sağlamlığa ciddi zərər vurduğu ortaya çıxıb. Mütəxəssislər xəbərdarlıq edir: bu tip corablar ayaq quruluşunda deformasiya yaradır!

Bu corablar barmaq ucuna və daban hissəsinə geyilir. Bu isə o deməkdir ki, corablar ayaqda durmaq üçün barmaqlar və daban nahiyəsində gərginlik yaradır. Nəticədə isə ayaq barmaqlarında və formasında dəyişiklik – yəni deformasiya olur.

Mütəxəssislər corab seçərkən təbii parçalardan hazırlanmış, dabanın üstünü örtən uzunluqda modellərə üstünlük vermeyə məsləhət görür./Saglamolun.Az