Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
Sosial
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimli müvafiq əmrləri ilə iki xanıma vəzifə verib.
News24.az Ölkə.Az-a istinadla Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edilən Leyla Muradzadə və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrının yeni direktoru Leyla Quliyevanın dosyelərini təqdim edir.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinat alan Leyla Muradzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2008-ci ildə adı Prezidentin Sərəncamı ilə gənc istedadların “Qızıl kitabı” na daxil edilib.