180 qızın əxlaqsız videosunu çəkən şəxs saxlanıldı - Bu ölkədə

180 qızın əxlaqsız videosunu çəkən şəxs saxlanıldı - Bu ölkədə Dünya

Hindistanda bir kişi azyaşlılara qarşı zorakılıqda ittiham edilərək saxlanılıb.

News24.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının versiyasına görə, Maharaştra ştatında yaşayan bu şəxsin əməllərindən yaşı 18-dən az olan ən azı 180 qız zərər çəkib.

Kişi məktəbli qızlarla tanış olub, onları müxtəlif yerlərə apararaq qeyri-etik videolarda çəkilməyə məcbur edib.

Daha sonra bu videolar fahişəliyə məcbur etmə və şantaj məqsədilə istifadə edilib. Bəzi görüntülər internetə sızaraq yerli seqmentdə geniş yayılıb.

Şübhəlinin üzərindən 350 video material aşkar edilib. O, həbs olunub. Hazırda istintaq hadisənin bütün təfərrüatlarını araşdırır. Onun videoları dostlarına və ya cinayətkar qruplara göndərdiyi də istisna olunmur.

Ehtimala görə, təqsirləndirilən şəxs partiyalardan birində yüksək vəzifə tutub. Onun təşkilatla əlaqəsini sübut edən bəzi videolar ittiham irəli sürüldükdən sonra silinib. /NDTV