“Anası danışa bilmir” – - Mərhum Elgün İbrahimovun qohumu – VİDEO

“Anası danışa bilmir” – - Mərhum Elgün İbrahimovun qohumu – VİDEO Gündəm

Bir neçə gün öncə döyülərək öldürülürdüyü iddia olunan 11-ci sinif şagirdi Elgün İbrahimovun yaxınları açıqlama veriblər.

Gencexeber.az-a danışan yaxınları bu hadisəni törədən şəxs və ya şəxslərin məsuliyyətə cəlb olunmasını istəyir.

“Biz susmayacayıq. Bütün Gəncə arxamızdadır. Mərhumun anası danışa bilmir. Kimin uşağını o vəziyyətə salsalar, danışa bilməz” – Elgün İbrahimovun dayısının həyat yoldaşı Samirə Zeynalova bildirib.

Mərhumun qohumları sosial şəbəkələrdə cinayəti törədənlərin tapılması istiqamətində keçirilən aksiyanı da dəstəklədiklərini bildiriblər.