Ata və oğlu faciəli şəkildə - ÖLDÜ
Dünya
Diyarbakırda yük maşınının yandığını görən insanlar vəziyyəti jandarma qruplarına xəbər verib.
News24.az xəbər verir ki, qruplar avtomobildə aparılan axtarış zamanı iki nəfərin yanmış cəsədini tapıb.
İstintaq müəyyən edib ki, avtomobildə olan şəxslər 49 yaşlı Remzi Sati və onun 15 yaşlı oğlu Muhammed Satidir.
Ata və oğulun cansız cəsədləri yarılma üçün Tibb Qurumuna aparılıb.
Eyni zamanda, jandarma qrupları hadisənin aydınlaşdırılması üçün işlərini davam etdirir.
Günel Məlikzadə