Ağsuda yanğın olub
    • 18-08-2019, 00:12
    • 1 049

Ağsuda yanğın olub

Avqustun 17-də axşam saat 20 radələrində Ağsu rayonunun Navahı kəndi ərazisindəki biçilmiş taxıl sahəsində yüksək gərginlikli elektrik xətlərinin altında yanğın baş verib.
News24.azxəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsinin 2 ədəd yanğınsöndürən avtomobili və 12 nəfər canlı qüvvəsi hadisə yerinə gəlib. Bir saat ərzində yanğın söndürülüb. Hadisə nəticəsində 1 hektar biçilmiş taxıl sahəsi və kol-kos yanıb. Yüksək gərginlikli elektrik xətləri mühafizə olunub.
Yanğının başvermə səbəbləri araşdırılır.