Qardaş ölkədə məktəb avtobusu vuruldu: - Ölənlər var
Dünya
Pakistanın cənub-qərbində hərbi məktəbdə təhsil alan uşaqları daşıyan avtobus vurulub.
News24.az xəbər verir ki, avtobusun hədəfə alınması nəticəsində azı 4 uşağın öldüyü, 30-dan çox uşağın yaralandığı bildirilib.
Bəlucistan əyalətinin Xuzdar rayonunda yüksək rütbəli yerli hökumət rəsmisi hadisə ilə bağlı açıqlama verib:
"APS (Ordu Dövlət Məktəbi) uşaqlarını daşıyan avtobus bomba ilə hədəf alınıb".
Günel Məlikzadə