Dənizkənarı Bulvara giriş - MƏHDUDLAŞDIRILIR

Dənizkənarı Bulvara giriş - MƏHDUDLAŞDIRILIR Gündəm

Bakıda Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

News24.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Məhdudiyyətlərin Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri ilə əlaqədar tətbiqi nəzərdə tutulub.

Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 19 - 21 sentyabrda keçiriləcək.