Futbol tarixində yeni - REKORD

Futbol tarixində yeni - REKORD İdman

Futbol tarixində yeni rekord qeydə alınıb.

News24.az xəbər verir ki, bunu İFFHS açıqlayıb.

Lionel Messi və Serxio Buskets 621-ci dəfə eyni vaxtda meydanda komanda yoldaşı olublar.

Əvvəl “Barselona”da çiyin-çiyinə çıxış edən cütlük “İnter Mayami”də də birgə forma geyinir.

Bunadək də rekord Busketslə bağlı idi. O, Jerar Pike ilə 620 matçda bir yerdə oynayıb.

Bunlardan 533-ü “Barselona”, 87-si İspaniya millisində olub.

Messi ilə Buskets ilk dəfə 2008-ci il sentyabrın 13-də “Rasinq”lə çempionat matçında (1:1) komanda yoldaşı kimi meydana çıxıblar. Onlar “Barselona”da 569, “İnter Mayami”də 52 görüşü birgə keçiriblər./Bizim.Media