Cavanşir Qurbanov vəfat etdi
    • 21-05-2025, 20:13
    • 555

Cavanşir Qurbanov vəfat etdi


Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, tanınmış idman xadimi 78 yaşında dünyasını dəyişib.

Cavanşir Qurbanov 1968-ci ildən idman sahəsində çalışmağa başlayıb.

O, 1972–1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru olub.

1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995–2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006 - 2017-ci ildə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.

Cavanşir Qurbanov Əməkdar bədən tərbiyəsi və idman xadimi, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi, Yasamal Rayon Ağsaqqalar Şurasının sədri olub.

Allah rəhmət eləsin!