-
- 13-08-2018, 13:37
- 1 118
Azərbaycanlı aktrisadan irad: “Namazı da burada qılırlar”
Aktrisa Zülfiyyə Qurbanova maraqlı açıqlama edib.
Belə ki, aktrisa insanların sosial şəbəkələrdən asılı olmasına irad bildirib:
“İşimlə əlaqəli dəfələrlə bir çox millətlərin oluduğu kollektivlə işləmişəm, amma bizim cəmiyyətin üzvləri kimi həyatını, günlük yaşayışını sosial şəbəkələrə bağlayan ikinci bir cəmiyyət üzvü görmədim.
Namazı da burada qılırlar, orucu da burada tuturlar, duanı da, qarğışı da burada tökürlər. Sözü də, şikayəti də, iradı da burada bildirirlər.
Evindəki qadınına, həyatındakı sevdiyi xanıma diqqət göstərməyən insanların günü burada keçir.
Evinin kiri adamın üstünə gələn, dırnaq boyası getmiş, ərinin qarşısına bir qab yeməyi bişirib ortalığa qoymayan qadınlar həyatını buraya bağlayıb.
Hansı sahədə olursa olsun elə bil insanların həyatı sosial şəbəkələrlə çərçivələnib.
Bütün günü status yazıb, bəyəni toplamaq yarışına girən cəmiyyətin bir üzvü olmaq adamı həqiqətən də utandırır. Yazdıqları statuslara cavab yazamaqla ömrünü yola verən, burnunun ucundakı həyat şanslarını qaçıran insanlarla doludur cəmiyyət. Az qala arvadları doğuşa gedəndə də “Bir dəqiqə gözlə status yazım ya da şərhə cavab verim sonra sancın başlasın” deyəcəklər.
Vəziyyət acınacaqlıdır. Həqiqətən yaxşı ki, sizlərdən biri deyiləm”.
Teymur Məmmədov