Şirvan sakini 2 yaşlı övladını avtomobillə vurub öldürdü
    • 22-05-2025, 23:05
    • 775

Şirvan sakini 2 yaşlı övladını avtomobillə vurub öldürdü


Şirvan sakini ehtiyatsızlıqdan 2 yaşlı övladını avtomobillə vurub.

Lent.az-ın məlumatına görə, hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.

Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirlsə də onu xilas etmək mümkün olmayıb..