
-
- 23-05-2025, 14:01
- 250
Tiktoker "Vaqa"nın həbs müddəti uzadıldı
"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddəti uzadılıb.
News24.az APA-ya istinadla xəbər verir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, Vüqar Zeynalzadənin həbs müddəti 1 ay müddəyinə uzadılıb.
Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətlərdə təqsirləndirilirlər.